Televizor ustası

televizor ustasi xidmeti

Televizor hər yaşa xitab edən əsas informasiya mənbəyi, istirahət vaxtlarının əvəzolunmaz əyləncəsidir. İzləyici üçün məlumat və əyləncə, biznesmenlər üçün alıcı kütləsi qazanma və artırmağa xidmət edən televizor bir çoxları üçün asılılıqdır. Həmin şəxslər üçün televizorda yaranan nasazlıq ən qısa müddətdə həll edilməli həyati məsələdir. Bəzən problem televizoru şəbəkədən ayırıb yenidən birləşdirməklə həll olsa da, bəzən televizor ustası tərəfindən peşəkar müdaxilə mütləqdir.

Komandamızdakı televizor ustaları nasazlığın cihazla, yoxsa elektrik xətləri ilə bağlı olması barədə dəqiq araşdırma edir, səbəbi müəyyən edib həll yolları ilə birlikdə sizə bildirirlər.

Televizor ustaları əvvəlcə naqilləri və elektrik ötürülməsi sistemini yoxlayır. Burada hər hansı problemə rastlanmadıqda digər yoxlamalara başlanılır.

Ən çox rastlanan televizor problemləri:

  • Televizor açılmır;
  • Televizorun işıqları yanmır;
  • Televizorun işıqları yanır, amma açılmır;
  • Televizor ekranı qırılması;
  • Səs gəlmir;
  • Görüntü var, səs yoxdur;
  • Səs var, görüntü yoxdur və s.
 
 

Televizorda problem yaşadıqda aşağıdakı addımları izləyin:

  • Naqillərin düzgün birləşdirildiyindən əmin olun. Ehtiyat üçün çıxarıb yenidən taxın;
  • Naqillərdə problem olmadığından əmin olun. Dəqiqlik üçün başqa naqillərlə yoxlama apara bilərsiniz;
  • Analoq yayımlı televizorları maşın, fen, wi-fi kimi elektrikli cihazlardan uzaq tutun;
  • Problem anında bütün naqilləri cihazdan ayırın və yenidən birləşdirmədən əvvəl 2 dəqiqə gözləyin.

Bu addımlardan sonra nasazlıq yenə də aradan qalxmayıbsa, televizor ustasına müraciət etməlisiniz.

Əməkdaşlarımız televizorunuzda olan nasazlıqları sürətli formada aradan qaldırmağa hazırdır. Göstərdiyimiz zəmanətli xidmət ustalarımızın təcrübəsinə və peşəkarlığına olan inamdan irəli gəlir.

Xidmətlərimizdən yaranlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin