Soyuducu ustası

soyuducu ustasi xidmeti

 

Qidaların xarab olmadan uzun müddət saxlanması üçün onları soyudaraq, ya da donduraraq saxlama vərdişini çox uzun müddətdir qazanmışıq. Qidaların soyuq halda saxlanmasına şərait yaradan soyuducular və onların istehsalında baş verən yeniliklər müxtəlif xüsusiyyətli və ölçülü yeni növləri meydana gətirdi.

Qidaların saxlanma dərəcəsi meyvə, tərəvəz və bütün heyvan mənşəli qidalarda biokimyəvi və mikrobioloji çevrilmələr yaradır. Soyuducu istifadəsinin genişlənməsi hər il tonlarla qidanın israf olmasının və milyonlarla maddi itkinin qarşısını almışdır.

Hər kəs üçün həyati önəm daşıyan soyuducular funksiyasını doğru şəkildə yerinə yetirməzsə, bunun qidalarımız üzərində zərərli təsirlərini tezliklə hiss edəcəyik. Düzgün soyutma etməyən soyuducuda bakteriyalar sürətlə yayılır və ərzaqlar daha tez xarab olur. Bu isə sizə həm sağlamlıq, həm maddi baxımdan mənfi təsir göstərir.

Soyuducuda yaranan istənilən xırda nasazlığın həlli üçün soyuducu ustasına vaxt itirmədən müraciət edilməlidir. Zamanında müdaxilə edilməyən problem daha sonra sizi böyük maddi zərərə məruz qoya bilər.

 

Ən çox rastlanan soyuducu problemləri və səbəbləri:

  • Yaxşı soyutma etməməsi: Elektrik verilişində artım və azalmalar müşahidə olunduqda, soyuducu motoru özünü hədsiz yüklənməyə qarşı qoruyur. Bəzi hallarda motor kilidlənir və nəticədə, soyuducu yaxşı soyuda bilmir. Soyuducu ustaları motor qızdıqda onu şəbəkədən ayırmağı, daha sonra yenidən birləşdirməyi tövsiyə edirlər.
  • Buzluğun yaxşı soyutması, aşağı hissənin soyutmaması: Soyuducu istifadə etdiyi suyu xortum vasitəsilə yeniləyir. Qida artıqları bu hissədə yığıldıqda performansa zərər verdiyindən həmin hissə yoxlanmalı və təmizlənməlidir. Əgər yenə də soyutmada problem varsa, yaranma səbəbi müxtəlif ola bilər. Bu halda soyuducu usta tərəfindən müayinə edilməlidir.
  • Soyuducun aşağı hissəsində buzlaşma: Bu hala radiator öz funksiyasını yerinə yetirmədikdə rastlanır. Yenə də buzlaşma yaranırsa, soyuducu ustasına müraciət etmək mütləqdir.
  • Su sızıntısı: Bəzən suyun soyuducunun arxasından axması və ya buz təbəqəsi yaratması müşahidə olunur. “Buz əritmə” mexanizmi işə düşdükdə su xüsusi kanala doğru axır. Mexanizmin düzgün işləməsi üçün bu kanalı tıxayan yemək artıqı təmizlənməlidir. Soyuducu ustalarından yardım almaqla bu halı asanlıqla aradan qaldıra bilərsiniz.

Soyuducuda yaranan istənilən nasazlıq üçün Alo Usta Xidmətinin əməkdaşlarına rahatlıqla etibar edə bilərsiniz. Göstərdiyimiz zəmanətli xidmət ustalarımızın təcrübəsinə və peşəkarlığına olan inamdan irəli gəlir.

Bizimlə əlaqə saxlayın, probleminizi tez bir zamanda həll edək. Öz işində usta – Alo Usta!

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin