Santexnik ustası

santexnik ustasi xidməti

 

Santexnika sistemi ev, iş, məktəb, xəstəxana kimi bir çox yerdə rastlaşdığımız sxemdir. Suyun çox vacib olduğu bu yerlərdə santexnika sistemində tez-tez problemlərin ortaya çıxması da gözlənilən haldır. Vacib faktorlar nəzərə alınaraq quraşdırılmış sistemlərdə belə fəsil və istifadədən yaranan nasazlıqlar meydana gəlir. Bu nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərdən yardım almaq mütləqdir.

Su təchizatında boruların əhəmiyyəti necədir?

İsitmə və kanalizasiya sistemində istifadə olunan borular santexnika sisteminin əsasını təkşil edir. Funksiyasına əsasən ən uyğun boru peşəkar santexnik ustası tərəfindən təyin olunmalı və doğru yerdə doğru şəkildə istifadə olunmalıdır. Məsələn, yerin altından döşənən sanitariya boruları ilə mətbəxdə su təminatı üçün quraşdırılan təmiz su boruları bir-birindən fərqlənir. Təbii qaz təminatı üçün istehsal olunan boru isə digərlərindən tam fərqlidir. Heç bir halda sızdırmaması və istiliyə davamlı olması daşıdığı əsas xüsusiyyətdir. Hər istiqamət üzrə xüsusi istehsal olunmuş borular mütəxəssis tərəfindən seçilməlidir. 

Su təchizatı sistemi təmirinə nə vaxt ehtiyac duyulur?

Borularda yaranan çat və qırıqlar zamanla onları tam sıradan çıxarır və ümumi su təchizatında axsamalara səbəb olur. Boruların keyfiyyətli olması santexnika sistemində problemlərin yaranmayacağına təminat vermir. Ümumi su təchizatı sistemi  və borular illərlə istifadə olunduğundan zamanla aşınmaya məruz qalır. Bu halda artıq santexnik ustasına müraciət etmək lazım gəlir.

Santexika təmiri niyə vacibdir?

İkinci plana atılan santexnika təmiri gözləmədiyiniz anda sizi daha böyük fəlakətlərlə qarşı-qarşıya gətirə bilir. Bunlara misal kimi yanğını qeyd edə bilərik. Su sistemlərində yaranan sızıntı elektrik xətləri ilə təmas etdikdə yanğın təhlükəsi yaranır. Bu səbəbdən, ailənizin təhlükəsizliyi üçün zamanında tədbir görməyi unutmayın. 

Santexnik ustasına hansı hallarda müraciət edilməlidir?

  • Su kranları nasazlıqları: Su sızdıran və xarab su kranı hər evdə ən çox rastlanan problemdir. Funksiyasını yerinə yetirə bilməyən sistem digər hissələri sıradan çıxarmadan ən qısa müddətdə təmir edilməlidir.
  • Santexnika sistemi yoxlaması: Yeni evinizə köçərkən və ya artıq yaşadığınız evin santexnika sistemi tədbir məqsədli mütəxəssislər tərəfindən yoxlanılmalı və ehtiyac olan təmir edilməlidir.
  • Vanna otağı: Suyun ən çox istifadə edildiyi yerlərdən biri vanna otağıdır. Boru sistemində yaranan tıxanıqlıq pis qoxular yaradır. Həmin pis qoxular üçün müvəqqəti həllər əvəzinə problemi kökündən həll etmək daha doğrudur.
  • Əlüzyuyan: Mətbəxdə və vanna otağında istifadə olunduğundan yoxlama və təmirə daha çox ehtiyac duyulur. Fasiləsiz istifadə üçün mütəmadi yoxlamalar edilməlidir.

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin