Mebel ustası

mebel ustasi ve temiri

 

Mebellərin günlük yaşamımızda rolu hamıya məlumdur. Yumşaq və yataq mebellərindən əlavə, qapı, çəkməcə, dolab kimi aksessuarlar həyatımızı xeyli asanlaşdırır. Mebellər digər əşyalar kimi tez-tez dəyişdirilmir və bu səbəbdən daha çox təmirinə üstünlük verilir. Mebel təmiri sizi yeni mebel almaqdan – əlavə xərcdən xilas edir.

Digər ev əşyalarından fərqli olaraq, mebellərin istismar müddəti daha çox necə istifadə edilməsindən asılıdır. Onlarla ehtiyatlı davranmaqla uzunmüddətli istifadəyə şərait yarada bilərsiniz. Bu sizə daha sonra mebelləri yeniləri ilə əvəz etmək istədikdə köhnələri münasib qiymətlə satışa çıxarmağa imkan verir.

Rahatlığımız üçün hər birimiz təmirin qısa müddətdə başa çatmasını istəyirik. Sizin istəklərinizi başa düşürük və qarşılamaq üçün əlimizdən gələni edirik.

Ev və ofis mebellərinizin təmiri Alo Ustanın peşəkar mebel təmiri komandası ilə ən qısa zamanda başa çatacaq. Xəsarət almış mebellərinizin ilkin vəziyyətə gətirilməsində mebel ustalarımız öz bacarıqlarını nümayiş etdirəcəklər. Bizə müraciət edin, köhnə mebellərinizə yeni həyat verin. Biz ehtiyac və narahatlıqlarınızı dinləyir, sizə ən uyğun təmiri təklif edirik.

Evini yeniləyənlər, mebellərlə evinə yeni nəfəs gətirmək arzusunda olanlar, Alo Usta Xidməti hər evə və ofisə uyğun mebellərin hazırlanmasını həyata keçirir. Zövqünüzə uyğun istənilən mebeli sifariş edin, quraşdırılma daxil hazırlanmasını həyata keçirək.  

Mebel təmiri xidmətlərimizə daxildir:

– Mətbəx mebellərinin qurulması və təmiri;

– Yataq otağı mebellərinin qurulması və təmiri;

– Qonaq otağı mebellərinin qurulması və təmiri;

– Dəhliz mebellərinin qurulması və təmiri;

– Ofis mebellərinin qurulması və təmiri;

– Dolab, çəkməcə təmiri və montajı;

– Restoran piştaxtalarının təmiri;

– Mebelin qulp, ayaq və başqa aksessuarlarının təmiri;

– Taxta qapı təmiri;

– Digər bütün növ mebel təmiri və montajı xidmətləri.

Alo Usta Xidməti bütün növ mebel təmiri işlərini yüksək keyfiyyətlə yerinə yetirir. Göstərdiyimiz zəmanətli xidmət ustalarımızın təcrübəsinə və peşəkarlığına olan inamdan irəli gəlir.

Bizimlə əlaqə saxlayın, probleminizi tez bir zamanda həll edək. Öz işində usta – Alo Usta!

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin