Kondisioner ustası

kondisioner ustası xidməti

Bütün fəsillərdə aktiv şəkildə istifadə etdiyimiz kondisionerlər həyatımızın ayrılmaz parçasına çevrilib. Artıq heç bir evi, iş yerini və s. onsuz təsəvvür etmək demək olar ki, mümkün deyil.

Kondisioneri uzunmüddətli istifadə etmək fikrindəsinizsə, mütəmadi şəkildə təmizlənmə və təmirinə diqqət ayırmalısınız.  Detallı baxım üçün kondisioner ustalarından faydalı tövsiyələr almaqla məhsulun ömrünü uzada bilərsiniz.

Nə qədər diqqətli olsanız da, müxtəlif səbəblərdən bir sıra nasazlıqların meydana çıxması qaçılmazdır. Bu halı özünüz aradan qaldırmağa çalışarkən daha böyük problemə səbəb ola bilərsiniz. Bu səbəbdən, peşəkar kondisioner ustasına müraciət edilməsi daha məqsədəuyğundur.

Kondisionerin marka və modelindən asılı olmayaraq, ilk günkü kimi məhsuldarlıqla fəaliyyəti üçün kondisioner ustası tərəfindən texniki yoxlanışı mütləqdir. Xüsusən yay və qış aylarının əvvəlində edilməsi vacibdir. 

Kondisioner istifadəsində nəyə diqqət edilməlidir?

  • İllik yoxlama: İldə 2 dəfə kondisioner ustası tərəfindən yoxlama aparılmalıdır. Yoxlama edilmədikdə, cihazın iş keyfiyyəti aşağı düşür və enerji sərfiyyatı artır;
  • Yerləşmə seçimi: Kondisioner usta tərəfindən tövsiyə olunan hissədə yerləşdirilməlidir. Kondisionerin doğru yerdə quraşdırılması aşağı enerji sərfiyyatı və yüksək iş keyfiyyəti ilə nəticələnir;
  • Soyuducu qazın yoxlanışı: Soyutma sisteminin yüksək performansı üçün qaz sızması barədə yoxlama aparılmalı və vaxtında lazımi tədbir görülməlidir.

Alo Usta Xidməti ən qısa müddətdə yüksək keyfiyyətli təmir və quraşdırılma xidmətləri həyata keçirir. Göstərdiyimiz zəmanətli xidmət ustalarımızın təcrübəsinə və peşəkarlığına olan inamdan irəli gəlir.

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin