Kombi ustası

kombi temiri

Kombinin uzun istimar müddəti düzgün quraşdırılma və mütəmadi müayinə ilə mümkündür. Düzgün qurulmamış sistem gələcəkdə ciddi nöqsanlara yol aça bilir. Yalnız düzgün sistem qurmaqla da iş tamamlanmır. Davamlı müayinə ilə təhdidləri əvvəlcədən təyin edib vaxtında tədbir görmək sizi yüklü xərclərdən xilas edə bilər.

Mütəxəssislər hər bir ailəni ildə bir dəfə mütləq kombi müayinəsi edilməsi barədə məsuliyyətli olmağa çağırır. Qışı isti evdə keçirmək, aşağı qaz sərfiyyatı, büdcəyə qənaət və başqa üstünlüklər qazandıran müayinə ailənizin sağlamlığı baxımından da önəm daşıyır.

Əgər kombiniz evi tam isitmirsə, bununla belə yüksək qaz sərfiyyatı müşahidə olunursa, deməli, müayinə və çox güman ki,  kombi təmirinə ehtiyac var. Yaranan nasazlığın mənbəyi müxtəlif ola bilər. Problemin düzgün təyin üçün kombi təmiri işini dərindən bilən şəxslərə etibar edilməlidir. 

Kombi təmirinə ehtiyac olduğu necə anlaşılır?

  • Xoş olmayan qoxu;
  • İsitmədə aşağı performans;
  • Kombi pətəyinə yaxın bitkilərin solması;
  • Kombidən gələn fərqli səslər.

Bu əlamətlərdən hər hansısa biri müşahidə olunursa, vaxt itirmədən kombi müayinəsi etdirin.

Kombi təmirini gecikdirmək hansı mənfi nəticələrə gətib çıxarır?

  • Kombinin istismar müddəti azalır;
  • İlk günkü performansla işləmir;
  • Ekonomik baxımdan zərərlidir;
  • Qəfil ortaya çıxan problem əlavə və daha çox xərcə səbəb olur;
  • Normadan artıq qaz sərfiyyatı yanma sisteminə zərər verir;
  • Kifayət qədər yaxşı isitmir, ailə üçün əlavə təhlükələr yaradır.

 

Kombi təmiri zamanı hansı yoxlamaları edirik:

  • Kombinin su sızdırması yoxlanılır;
  • Tozlanma vəziyyətinə baxılır, ehtiyac varsa, təmizlənir;
  • Elektrik bağlantı nöqtələri və xətləri yoxlanılır;
  • Kombi bacası yoxlanılır və təmizlənir;
  • Mövcud problemlər və gözlənilən təhdidlər müştəriyə bildirilir və s.;

Kombi xidmətlərimiz:

– Kombilərin quraşdırılması;

– Kombilərin təmiri;

– Kombilərin müayinəsi.

Kombi təmiri, müayinəsi və quraşdırılması işini Alo Usta Xidmətinin əməkdaşlarına rahatlıqla etibar edə bilərsiniz. Göstərdiyimiz zəmanətli xidmət ustalarımızın təcrübəsinə və peşəkarlığına olan inamdan irəli gəlir.

Bizimlə əlaqə saxlayın, probleminizi tez bir zamanda həll edək. Öz işində usta – Alo Usta!

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.​

Call Now ButtonBizə zəng edin