İzolyasiya sistemləri

Izolyasiya-alousta

İzolyasiya sistemlərinə binanın isinmə və soyumasına sərf edilən enerjiyə qənaət məqsədilə müraciət edilir. Bu xidmətimizə dam örtüklərinin izolyasiyası, döşəmə izolyasiyası və su anbarının içəri və çöl hissədən izolyasiyası daxildir.

Binaların atmosferik şərtlərə qarşı qorunması, divarların istilik fərqindən genişlənmə və yığılması kimi fiziki dəyişikliklərin qarşısının alınması izolyasiyanın üstünlüyüdür. İzolyasiya edilmiş bina divarları zaman keçdikdə ovulmur, korroziyaya uğramır, çürümür və paslanmır, xüsusiyyətlərini zaman keçdikcə itirmir.

Dam örtüklərinin istilik və su izolyasiyası

Dam örtüklərinin izolyasiyası yaşayış yerində komfortu artırır (məkan asanlıqla isinir və bu istiliyi saxlaya bilir) və enerjiyə qənaət üstünlüyü verir.

Dam örtükləri izolyasiyasının üstünlükləri:

– Havanın dəyişkən temperatur səbəbli təsirindən mühafizə edilir;

– Örtükdəki temperatur dəyişikliklərini nizamlamaqla çatların əmələ gəlməsinə imkan vermir;

– Şeh nöqtəsini izolyasiya edici qata yönləndirməklə örtükdəki beton və ya dəmir-beton massivin nəmlənməsinin qarşısı alınır.

Döşəmə izolyasiyası

Döşəmə izolyasiyası fəsil fərqi olmadan evin isti və komfortlu olmasını təmin edən sistemdir. Evin isinməsi döşəmədən başladığından döşəmə istiliyini təmin etmək əsas şərtdir.

Evinizi 15 mm – 25 mm-lik məhsulla izolyasiya etdikdə, istilikdən əlavə səs və zərbəyə qarşı da izolyasiya etmiş olursunuz. Bu bütün ailə üzvlərinin komfortlu istirahəti üçün şərait yaradır.

Su anbarının daxili və xarici izolyasiyası

Zamanla aşınma, paslanmaya və s. məruz qalan anbarlar su sızıntısına səbəb ola bilir. Bu halda onu yenisi ilə dəyişdirmək böyük maliyyə tələb edir. Bu səbəbdən izolyasiya sistemi tətbiq edilir. Bu növ nasazlığı anbarın daxili və xarici izolyasiyası ilə aradan qaldırmaq mümkündür.

 

Su anbarında sızıntı olmasa belə su anbarının daxili və xarici izolyasiya edilməsi həm gigiyena, həm bina təməllərinin sağlamlığı baxımından vacibdir. Bu sistem hal-hazırda olan sızıntıların qarşısını almaqdan əlavə gələcəkdə yarana biləcək sıxıntıların başlamadan qarşısını almaq məqsədlidir.

 

Alo Usta xidməti dam örtükləri izolyasiyası, döşəmə izolyasiyası və su anbarlarının daxili və xarici izolyasiyasını peşəkar usta komandası ilə həyata keçirir. Siz də qənaət və komfort üçün izolyasiya sistemlərini seçin.

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin