Generator ustası

generator ustası xidməti

Generator bir çox sahədə enerji vermək üçün istifadə olunan qurğudur. Vaxtı-vaxtında yoxlama və təmir işlərini həyata keçirdikdə uzun müddət problemsiz istifadə etmək mümkündür. Həddən artıq yükləmə və qəfil, tam yükləmə etməməyə diqqət etmək lazımdır.

Motor işləməyə başladığı anda dayanırsa, səbəbləri:

– Yanacaq tankında tıxanma və ya hava;

– Kirli yanacaq filteri;

– Yanacaq tankı havalandırması qapalıdır;

– Kirli hava filteri və ya qapalı sovrulma kanalı.

Motor həddən artıq qızırsa, səbəbləri:

– Gücündən əlavə yüklənmə;

– Motor su kanallarında tıxanma;

– Motora soyutma suyu gəlməməsi;

– Yağlamanın lazımi dərəcədə olmaması;

– Pər qırılması və ya fırlanması.

Motor yağı israf edirsə, səbəbləri:

– Gücündən əlavə yüklənmə;

– İnjektorların düzgün tənzimlənməməsi.

Radiator su qaynadırsa, səbəbləri:

– Su pompasında nasazlıq;

– Pər qayışı boşalması və ya qopması;

– Radiator pətəkləri tıxanması;

– Pər qırılması.

Periodik yoxlama edilməyən generatorlarda ortaya çıxan ən böyük problem funksiyasını itiməsidir. 6 ayda bir dəyişilməyən yağ bir müddət sonra generatorun sağlam şəkildə işləməsinə mane olur. Bu da mexaniki ömrün azalmasına səbəb olur. Yadda saxlamaq lazımdır ki, hər nasazlıq bu məntiqlə işləyən maşınlarda istismar müddətini azalmağa gətirib çıxarır.

Uzun müddətli yoxlamada yağ dəyişdirilməsi, yağ filteri dəyişdirilməsi, yanacaq filterinin dəyişməsi və havalandırma filterinin dəyişimi kimi ehtiyaclar professional generator ustası tərəfindən müəyyən edilməlidir. 

Generator ustasını uzaqda axtarmayın. Bizə zəng edin, təcrübəli generator ustalarımız həm yoxlama, həm təmir işlərini peşəkarlıqla həyata keçirsin.

Öz işində usta – Alo usta!

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin