Cam balkon ustası

cam balkon ustasi xidmeti

 

Müasir həyatın getdikcə daha yorucu, stressli olduğunu düşünəndə insanlar evlərində özlərinə uyğun istirahət zonası yaratmaq arzusunda olurlar. Balkonlar rahat istirahət zonası yaratmaq üçün evin ən ideal sahəsidir.

Evin sahəsini böyütmək məqsədilə balkonu evə daxil etmək asudə vaxtdan zövq alınacaq zonaları azaltmaqla nəticələnir. Cam balkon sistemləri bu vəziyyətə alternativ cavab olaraq istifadə olunur. Cam balkon sisteminin istifadəsi ilə balkonlar öz funskiyalarını itirmədən ev sahibi üçün “azad istirahət zonası” rolunu oynamağa başladılar.

Cam balkon şüşə olması və şəffaf görüntüsü səbəbi ilə estetik görüntüyə zərər vermir, binanın ümumi dizaynı ilə harmoniya təşkil edir. Yağış, qar, külək və başqa iqlim şərtləri cam balkon sistemi sayəsində sizin istirahətinizə maneə olmaz. Əlavə olaraq, cam balkon sistemi qapalı sxemi sayəsində balkonu toz, yarpaq, kol, kiçik heyvanlar və s. kimi istənməyən kənar təsirlərdən qoruyur.

Cam balkonda hansı növ şüşələrdən istifadə edilir? Təhlükəlidirmi?

Xeyr, təhlükəli deyil. Cam balkon istehsalında temperlənmiş şüşədən istifadə olunur. Temperlənmiş şüşə adi şüşədən 9 dəfə artıq zərbəyə davamlıdır. Səs izolyası üstünlüyü də verən şüşələr rahat istirahət üçün ən uyğun seçimdir.

Cam balkon sisteminin faydaları:

– Açılma və bağlanma funksiyası ilə istədiyiniz zaman konfortlu istirahət zonası halına gəlir;

– Cam balkon evin və binanın ümumi estetik görüntüsünə zərər vermir;

– Hər fəsildə, istənilən hava şəraitində istirahət imkanı verir;

– Balkon qapılarını bağlamaqla istifadə olunmadığı zaman çirklənmənin qarşısı alınır;

– Temperlənmiş şüşə səs və istilik barədə bütün gözləntiləri qarşılayır.

Siz də balkonu komfortlu istirahət zonasına çevirmək istəyirsinizsə, Alo usta xidmətinə müraciət edin. Biz yalnız ən keyfiyyətli məhsullardan istifadə edirik. Peşəkar ustalarımızla müasir dizaynda və evinizə uyğun cam balkon istehsalı, quraşdırılması və təmiri işini həyata keçiririk.

Xidmətlərimizdən yararlanmaq istəyirsiniz? O zaman bizimlə əlaqə saxlayın.

Call Now ButtonBizə zəng edin